La Liqa klubunda yeni baş məşqçi

“Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Kike Sançes Flores təyin edilib.

Onunla 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Floresin son klubu “Xetafe” olub. Mütəxəssis 2021-ci ilin oktyabrından 2023-cü ilin aprelinə qədər sözügedən komandada çalışıb.

“Sevilya” bir neçə gün öncə baş məşqçi Dieqo Alonsonu istefaya göndərmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button