La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Qranada” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisini Aytor Karanka çalışdıracaq. Karankanın yeni komandası turnir cədvəlində 17-ci pillədədir. “Qranada” son iki matçda “Levante”yə 1:4, “Sevilya”ya 2:4 hesabı ilə uduzub.

Karankanın son iş yeri ötən il ayrıldığı İngiltərənin “Birmingem” klubu olub. O, 2010-13-cü illərdə “Real”da Joze Mourinyonun köməkçisi kimi çalışıb.

Karankadan öncə “Qranada”nı baş məşqçi vəzifəsini icra edən Ruben Torresilya çalışdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button