La Liqa klubunda yeni baş məşqçi
“Qranada”nın yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinə bundan sonra Xose Ramon Sandoval rəhbərlik edəcək.
İspaniyadan olan 55 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, baş məşqçi postunda ötən gün istefaya göndərilmiş uruqvaylı Aleksandr Medinanı əvəz edib.
Sandoval 2015/2016 mövsümündə də “Qranada”nın baş məşqçisi olub.
Xatırladaq ki, “Qranada” La Liqada 28 oyuna topladığı 22 xalla 19-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin