La Liqa klubunda baş məşqçi istefası
“Valyadolid”in baş məşqçisi Xose Roxo Martin istefaya göndərilib.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
La Liqanın 27-ci turu çərçivəsində “Real”a 0:6 hesablı məğlubiyyət “Paçeta” ləqəbli mütəxəssisin sonunu gətirib.
Xatırladaq ki, Xose Martin 2021-ci ilin yayından “Valyadolid”ə rəhbərlik edirdi. İspan məşqçi bu komandanı bütövlükdə 75 matça çıxarıb. Komandanı La Liqaya məhz bu mütəxəssis qaytarmışdı.
Braziliyalı əfsanəvi hücumçu Ronaldo Nazarionun sahibi olduğu “Valyadolid” bu mövsüm La Liqada keçirdiyi 27 oyunda topladığı 28 xalla 16-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin