La Liqa klubunda 7 illik müqavilə

İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin İngiltərənin “Uotford” klubundan Pervis Estupinanı transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Ekvadorlu müdafiəçi ilə 7 illik müqavilə imzalanıb. Pervis yeni komandasında “15” nömrəli formanı geyinəcək.

Ekvador yığmasının da üzvü olan Estupinan “Uotford”a 2016-cı ildə yetirməsi olduğu “Kito” klubundan transfer olunub. Amma İngiltərə klubunda möhkəmlənə bilməyən 22 yaşlı sol cinah müdafiəçisi İspaniyada “Qranada”, “Almeriya”, “Malyorka” və “Osasuna”da icarədə oynamaq məcburiyyətində qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button