La Liqa klubunda 2 illik müqavilə
İspaniyanın “Vilyarreal” klubu baş məşqçisi Xavyer Kalyexanın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə yeni – iki illik sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kalyexa 2019-cu ilin yanvarından “Vilyarreal”ı çalışdırırdı. Onun rəhbərlik etdiyi kollektiv bu mövsüm İspaniya La Liqasını 44 xalla 14-cü sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin