La Liqa klubu yaponiyalı futbolçu ilə yeni müqavilə imzalayıb

“Real Sosyedad”ın yarımmüdafiəçisi Takefusa Kubo klubla müqavilə müddətini uzadıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.

Yaponiyalı futbolçu 2022-ci ildən İspaniya təmsilçisində çıxış edir. O, bu mövsüm komandanın heyətində 19 matç keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button