La Liqa klubu türk futbolçunu icarəyə götürdü
“Renn”in hücumçusu Bertuğ Yıldırım karyerasını İspaniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, “Xetafe” 22 yaşlı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli forvard 2024/2025 mövsümündə La Liqa təmsilçisinin formasını geyinəcək.
“Renn” Bertuğ Yıldırımı ötən ilin yayında “Hatayspor”dan transfer edib. Türkiyə millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin