La Liqa klubu portuqaliyalı futbolçu ilə gücləndi

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubundan Andre Almeydanı transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu ilə 6 illik müqavilə imzalanıb. “Valensiya” bu transfer üçün “Vitoriya”ya 7.5 milyon avro ödəyib.

Almeyda “Vitoriya”nın öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında forma geyinirdi. Yarımmüdafiəçi meydana çıxdığı 88 oyunda 3 qola imza atıb. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.

“Valensiya” öz yarımmüdafiəçisi Koba Koindredini də “Real Ovyedo”ya icarəyə verib. 20 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə olacaq. Cibuti əsilli fransalı futbolçu “Lans”ın yetirməsidir. O, 2019-cu ildən formasını geyindiyi “Valensiya”da 12 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button