La Liqa klubu onunla müqaviləyə xitam verdi

İspaniyanın “Selta” klubu hücumçusu, həbs olunmuş Santi Mina ilə müqaviləyə xitam verib.

Komanda.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Santi Mina ilə əmək müqaviləsi birtərəfli qaydada ləğv edilib.

Xatırladaq ki, iyul ayında Minaya təcavüzə görə 4 il həbs cəzası kəsilib. Hadisə 2017-ci ildə, futbolçunun “Valensiya”da çıxış etdiyi vaxt baş verib. Mina zərərçəkmişə 25 min avro ödəməli olacaq.Onun qərardan İspaniya Ali Məhkəməsinə şikayət etmək hüququ var.

Ötən mövsüm Mina Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda icarə əsasında çıxış edib. O, 2019-cu ildən “Selta”da oynayırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button