La Liqa klubu onu bu mövsümün sonuna kimi itirdi

“Betis” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Nabil Fekir uzun müddətə sıradan çıxıb.

Fransadan olan 29 yaşlı futbolçunun La Liqanın 23-cü turu çərçivəsində “Elçe” ilə səfər oyununda (3:2) aldığı zədə ciddi olub.

Ətraflı müayinələrdən sonra futbolçunun mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcəyi müəyyənləşib. Onun dəqiq bərpa müddəti isə açıqlanmır.

Fekir bu mövsüm “Betis”in heyətində meydana çıxdığı 20 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button