La Liqa klubu ona tapşırıldı
Ötən gün baş məşqçisi Kike Sançes Floresi istefaya göndərən “Xetafe”ni bu mövsümün sonuna kimi kimin çalışdıracağı bəlli olub.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Ruben Reyesə tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Xetafe” rəhbərliyi mövsümün sonuna az qaldığını nəzərə alaraq komandaya klubun idman direktoru olan Ruben Reyesin rəhbərlik etməsinə qərar verib.
Xatırladaq ki, Kike Flores 2021-ci ilin oktyabrından bəri “Xetafe”ni çalışdırırdı.
“Xetafe” bu mövsüm La Liqada keçirdiyi 31 oyunda cəmi 31 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin