La Liqa klubu milli üzvü ilə gücləndi

“Betis” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi ABŞ yığmasının və Braziliyanın “İnternasyonal” klubunun yarımmüdafiəçisi Conni Kardozonu heyətinə qatıb.

Onunla müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Transfer “Betis”ə 6 milyona avroya başa gəlib. Futbolçunun müqaviləsi 2024-cü ilin yanvar ayının 1-də qüvvəyə minəcək.

Kardozo “İnternasyonal”ın heyətində 144 oyun keçirib, 7 qol vurub, 5 məhsuldar ötürmə verib. O, ABŞ yığmasında da 9 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button