
La Liqa klubu “Mançester Yunayted”in futbolçusunu istəyir
“Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Beek karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Vilyarreal” 26 yaşlı niderlandlı futbolçunun xidmətində maraqlıdır.
Van de Beekin La Liqa klubuna transferi qışda baş tuta bilər.
Van de Beek 2020-ci ildə “Mançester Yunayted”ə keçib. O, komandanın heyətində 2022/23 mövsümündə 10 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin