
La Liqa klubu irqçiliyə görə cəzalandı
“Xetafe” klubu 27 min avro cərimələnib.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası qərar qəbul edib.
Buna komandanın azarkeşlərinin “Sevilya”ya 0:1 hesabı ilə uduzduqları La Liqanın 30-cu turunun matçında rəqib futbolçu Markos Akunyaya qarşı irqçilik etməsi səbəb olub.
Bundan əlavə, klub növbəti matçlarda bəzi sektorlara, təhqirlərin səsləndiyi tribunalara azarkeş qəbul edə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin