
La Liqa klubu ilə müqavilə bağlayır – “Yuventus”a keçir
“Atletiko”nun hücumçusu Alvaro Morata klubla müqaviləsini uzadacaq və icarə əsasında “Yuventus”da çıxış edəcək.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun Madrid klubu ilə yeni müqaviləsi 2024-cü ilə qədər hesablanacaq. Morata növbəti mövsümü icarə əsasında “Yuventus”da keçirəcək.
İspaniyalı forvard 2020-ci ilin sentyabrından 2022-ci ilin iyununa kimi Turin təmsilçisində icarə əsasında forma geyinib.
Morata ötən mövsüm 48 oyuna çıxıb, 12 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin