La Liqa klubu ikisini gətirib, ikisini yola saldı
İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid “Atletiko”sundan Viktor Molyexonu, Lissabon “Sportinq”indən isə Abdulay Diabini icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu mövsümün sonuna qədər “Xetafe”nin uğurları üçün çalışacaq.
Diabi 2018-ci ildən “Sportinq”də çıxış edir. 29 yaşlı fransız vinger ötən mövsüm “Beşiktaş”da icarədə olub. Mali yığmasının da üzvü olan yarımmüdafiəçi əvvəllər “Sedan”, “Lill”, “Muskron” və “Brügge”də də forma geyinib.
Molyexo isə “Atletiko”nun öz yetirməsidir. Madrid klubunun əsas komandasında da bir neçə oyun keçirmiş 19 yaşlı yarımmüdafiəçi geridə qalan mövsümü icarə əsasında “Deportivo”da keçirmişdi. O, həm də İspaniyanın U-19 yığmasının üzvüdür.
“Xetafe” öz futbolçularından Amat Ndiaye ilə Cek Harperi də icarəyə verib. Amat qarşıdakı mövsümü “Malyorka”da, Harper isə “Kartaxena”da keçirəcək.
Amat 2017-ci ildən “Xetafe”də çıxış edir. 24 yaşlı hücumçu həm də Seneqal yığmasının üzvüdür. Harper isə ötən il “Malaqa”dan “Xetafe”yə transfer olunub. 24 yaşlı şotland forvard geridə qalan mövsümdə “Alkorkon”a da icarəyə verilmişdi.
Bizi Facebook-da izləyin