La Liqa klubu “Dinamo”nun futbolçusu ilə gücləndi
İspaniyanın “Eybar” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Buxarest “Dinamo”sunun yarımmüdafiəçisi Aleş Qarsiyanı heyətinə qatıb.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu yeni komandasına azad agent statusu ilə keçib. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Aleş Qarsiya ötən ildən “Dinamo”da çıxış edirdi. “Vilyarreal”ın yetirməsi olan futbolçu Rumıniya klubundan öncə “Muskron”, “Jirona” və “Mançester Siti”də də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin