La Liqa klubu baş məşqçisini qovdu
“Sevilya” baş məşqçisi Dieqo Alonso ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, məlumatı Əndəlüs klubunun mətbuat xidməti yayıb.
48 yaşlı mütəxəssis bu ilin oktyabrından İspaniya komandasını çalışdırırdı. Onun rəhbərliyi altında komanda 14 oyuna çıxıb, 2 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib və 7 dəfə uduzub.
Dekabrın 16-da “Sevilya” La Liqanın 17-ci turunda evdə “Xetafe”yə məğlub olub (0:3). Komanda 13 xalla İspaniya çempionatında 16-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin