La Liqa klubu baş məşqçisini qovdu

İspaniyanın “Rayo Valyekano” klubunun baş məşqçisi Miçel vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Miçelin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

43 yaşlı mütəxəssis 2017-ci ildən “Rayo Valyekano”nu çalışdırırdı.

“Rayo Valyekano” La Liqada 28 turdan sonra 23 xalla 19-cu sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button