La Liqa klubu baş məşqçisini istefaya göndərdi
İspaniyanın “Atletik” klubu baş məşqçisi Qaiska Qaritanonu istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Maraqlıdır ki, “Atletik” ötən gün La Liqanın 17-ci turu çərçivəsində doğma meydanda “Elçe”yə 1:0 hesabıyla qalib gəlib. Məhz bu görüş başa çatdıqdan sonra Qaritanonun postundan ayrıldığı açıqlanıb.
46 yaşlı mütəxəssis 2018-ci ilin dekabrından “Atletik”ə rəhbərlik edirdi. Sözügedən komanda hazırda 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
“Atletik”in yeni baş məşqçisinin Marselino Qarsiya Toral olacağı iddia edilir. Marselino daha öncə “Valensiya”ya rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin