
La Liqa klubu baş məşqçi ilə yollarını ayırdı – Rəsmi
İspaniyanın “Ovyedo” klubu baş məşqçi Velko Paunoviçi istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla yanaşı, köməkçiləri də gedib.
“Ovyedo” bu mövsüm La Liqaya qayıdıb və hazırda İspaniya çempionatının 8 turundan sonra komandanın 6 xalı var, 17-ci yerdədir.
“Ovyedo”nun növbəti La Liqa matçı evdə “Espanyol”a qarşı olacaq. Qarşılaşma oktyabrın 17-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



