La Liqa klubu baş məşqçini qovdu

İspaniyanin “Alaves” klubu baş məşqçisi Xose Luis Mendilibarı istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Komanda ispan mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 12 oyunda cəmi 1 qələbə qazanıb.

“Alaves” turnir cədvəlində 22 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

Mendilibar ötən ilin dekabrından “Alaves”i çalışdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button