La Liqa klubu baş məşqçisi ilə vidalaşdı
“Vilyarreal” klubu baş məşqçisi Kike Setyenlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Baş məşqçi səlahiyyətlərini direktor Migel Anxel Tena yerinə yetirəcək.
Kike Setyen ötən ilin oktyabrında bu posta təyinat alıb və komandanı UEFA Konfrans Liqasına daşıyıb. “Vilyarreal” cari mövsümdə çempionatda 4 turdan sonra 3 xalla 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin