La Liqa rəhbərindən ingilislərlə italiyalıların xoşuna gəlməyəcək açıqlama

La Liqanın prezidenti Xavyer Tebas İspaniya futbol çempionatının idmana investisiya baxımından ən səmərəli liqa olduğunu bildirib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, La Liqa rəhbəri buna misal olaraq İngiltərə Premyer Liqasını və İtaliya A Seriyasını göstərib:

“Premyer Liqa pul itkisidir, biz idmana investisiya baxımından ən səmərəli liqayıq. İtaliya öz liqasına böyük sərmayə qoyur, lakin onun oyunçuları transfer bazarında yüksək qiymətləndirilmir. Biz iqtisadi səmərəlilik və liqanın bütövlüyü üçün çalışmalıyıq. Çempionatın inkişafına ən çox sərmayə yatıran klublarımızdır. İndi mövcud olan məhsuldarlıq forması ən aktualdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button