La Liqanın ən çox qazananları

“Ekip” nəşri İspaniya La Liqasında ən çox əməkhaqqı alan futbolçuların adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıya “Real”ın yarımmüdafiəçisi Eden Hazard başçılıq edir. Onun aylıq maaşı 2,25 milyon avrodur.

“Barselona”nın hücumçusu Robert Levandovski (2,17 milyon avro) ikinci, onun komanda yoldaşı Serxio Buskets (1,91 milyon avro) üçüncüdür.

“Real”ın müdafiəçisi David Alaba isə siyahının 4-cü pilləsində yer alır (1,88 milyon avro).

Beşinci pillədə müvafiq olaraq Vinisius Junior (“Real”), Jordi Alba (“Barselona”) və Yan Oblak (“Atletiko”) qərarlaşıb. Onların hər biri 1,67 milyon avro qazanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button