Mbappe: “Bütün turnirləri qazanmaq istəyirəm”

“Real”ın hücumçusu Kilian Mbappe İspaniyada debüt mövsümünü kubokla başa vuracağına ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard bütün turnirləri qazanmaq istədiyini deyib:

“La Liqa, Çempionlar Liqası və bütün digər turnirləri qazanmaq istəyirəm”.

Madrid klubu İspaniya çempionatının turnir cədvəlində 29 turdan sonra “Barselona”dan 3 xal geri qalaraq, ikinci pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la, İspaniya kubokunun yarımfinalında isə “Real Sosyedad”la cavab matçına çıxacaq. İlk oyun 1:0 hesabı ilə madridlilərin qələbəsi ilə nəticələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button