La Liqa bu oyunla bərpa olunacaq

Koronavirus səbəbiylə dayandıran İspaniya La Liqasının bərpa və bitmə vaxtı məlum olub.

Komanda.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, çempionat gözlənildiyi kimi, iyunun 12-də bərpa olunacaq. La Liqa 28-ci turun “Sevilya” – “Betis” oyunu ilə başlayacaq. Oyunlar 72 saatdan bir keçiriləcək. Çempionatın bitmə vaxtı isə 19 iyul olaraq müəyyənləşdirilib.

Mövsümün qalan hissəsinin yeni təqvimi mayın 28-də klublara təqdim ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button