“Lənkəran”ın baş məşqçisi “Sumqayıt”a məğlubiyyəti şərh etdi
“Oyunun taleyinə təsir edən faktorların olmasına baxmayaraq, sona qədər mübarizə apardıq”.
Komanda.az xəbər verir ki, bunu “Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının 12-ci turunda “Sumqayıt”la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis həvəsdən düşmədiklərini söyləyib:
“Oyunun taleyinə təsir edən faktorların olmasına baxmayaraq, həvəsdən düşmədik və sona qədər mübarizə apardıq. Buna görə komandama təşəkkür edirəm. Həvəsdən düşmədik və Lənkəranda ilk qələbəni qazanmaq üçün çalışdıq. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm”.
Qeyd edək ki, Lənkəran Olimpiya Kompleksində baş tutan B qrupunun “Lənkəran” – “Sumqayıt” qarşılaşması qonaqların 93:90 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin