“Lənkəran” daha bir basketbolçunun keçidini rəsmiləşdirdi

“Lənkəran” klubu heyətini daha bir basketbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, klub 20 yaşlı basketbolçu Varid Ağasızadə ilə güclənib.

Onunla 1 illik müqavilə imzalanıb. Oyunçunun son klubu “Sərhədçi” olub.

Ağasızadə həm də Azərbaycanın U-20 millisinin üzvüdür.

“Lənkəran” bundan əvvəl Azərbaycanın U-18 və U-20 millilərinin basketbolçusu Rəşid Abbasov və amerikalı Qreqori Miltonu heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button