“Lənkəran” ABŞ-dan olan oyunçu ilə müqavilə bağlayıb

Azərbaycan Baketbol Liqasının debütantı “Lənkəran” yeni transferini reallaşdırıb.

Klubdan Komanda.az-a verilən məlumata görə, cənub təmsilçisi heyətini ABŞ-dan olan oyunçu Qreqorq Miltonla gücləndirib.

190 sm boya malik Milton universal basketbolçu sayılır. O, həm müdafiəçi, həm hücumçu, həm də oyunqurucusu mövqeyində çıxış edə bilir.

24 yaşlı oyunçu karyerası ərzində Lüksemburqun “AB Contern” və Meksikanın “Frayles” klublarının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button