
“Lənət olsun! “Arsenal”ın hücumçusu olmadığı üçün mövsüm pozulub”
Jurnalist Pirs Morqan İngiltərə Premyer Liqasının 27-ci turunun “Nottingem Forest” – “Arsenal” matçının nəticəsini şərh edib.
Komanda.az xəbər verir ki, tanınmış jurnalist sosial şəbəkə hesabındakı paylaşımında bunu yazıb:
“Lənət olsun! “Arsenal”ın hücumçusu olmadığı üçün mövsüm pozulub”.
Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Mikel Artetanın komandası xal itirdikdən sonra Premyer Liqanın turnir cədvəlində 2-ci yeri tutmağa davam edir. London komandasının aktivində 54 xal var və lider “Liverpul”dan 13 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



