“Lənkəran” daha bir basketbolçu transfer etdi

“Lənkəran” klubu daha bir basketbolçunun keçidini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, cənub təmsilçisi ABŞ-dan olan Ceremi Berraytı heyətinə qatıb.

34 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.

Son iş yeri İsveçin “Okelbo” klubu olan Berrayt “Gieben Pointers” (Almaniya), “Vankuver Volkanoes” (ABŞ), “Araraquara” (Braziliya) komandalarında çıxış edib.

“Lənkəran” bundan əvvəl Cereminin həmyerlisi Qreqori Miltonu heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button