
DÇ-2022: Benzemanı o əvəz edəcək
“Mançester Yunayted”in hücumçusu Antoni Marsial Fransa yığmasına çağırılıb.
Komanda.az “Get French Football News”-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu zədə səbəbindən DÇ-2022-ni buraxacaq Kərim Benzemanı əvəz edəcək.
Marsial bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 7 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin