“Kəpəz”ə xəbərdarlıq edildi
“Kəpəz” PFL-in əsasnaməsinin tələblərini pozub.
Komanda.az xəbər verir ki, Premyer Liqanın 6-cı turunda “Səbail”lə Gəncədə keçirilən oyunda internet olmayıb.
Bu səbəbdən, AFFA İntizam Komitəsi “Kəpəz”ə xəbərdarlıq edib.
“Neftçi” ilə oyunda qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu Kadiri Mohammed isə 1 oyunluq cəzalanıb, klubu 500 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin