“Kəpəz”lə “Turan Tovuz” cərimə olundu – azarkeşlərə görə
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionun son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
Birinci divizionun 4-cü turunun “Sumqayıt-2” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 76-cı dəqiqəsində MOİK klubunun futbolçusu Ruslan Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Sumqayıt-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə 80 manat cərimə olunur.
Birinci divizionun 4-cü turunun “Ağsu” – “Neftçi-2” matçında “Ağsu” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.
Birinci divizionun 4-cü turunun “Qarabağ-2” – “Səbail-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 4-cü turunun “Turan Tovuz” – “Kəpəz” matçında “Turan Tovuz” klubunun nümayəndəsi oyunöncəsi iclasa gecikdiyinə görə klub 80 manat cərimə olunur.
“Turan Tovuz” və “Kəpəz” klublarının azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə hər iki klub 80 manat cərimə olunur.
Birinci divizionun 3-cü turunun MOİK – “Keşlə” matçında MOİK komandası oyunun videoçəkilişini aparmadığına görə 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin