“Kəpəz”in yeni mövsüm üçün hazırlıq planı açıqlandı
“Kəpəz”in yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.
Komanda.az xəbər verir ki, “sarı-göylər” iyunun 29-dan məşqlərin əsas hissəsi üçün bir araya gələcəklər.
Çalışmalar Gəncədə olacaq. Hazırlıq prosesi bir neçə mərhələyə bölünüb. Bura fiziki və texniki-taktiki məşqlər daxildir.
Yeni mövsümə hazırlıq dövründə komanda yoxlama oyunları da keçirəcək. Rəqiblərlə bağlı əlavə məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin