“Kəpəz”in futbolçusundan Bakıda evlilik təklifi

“Kəpəz”in futbolçusu Mate Kvirkviya ailə həyatı yolunda ilk addımı atıb.

Komanda.az xəbər verir ki, gürcü yarımmüdafiəçi sevgilisi Mariam Akobadzeyə Bakıda elvilik təklifi edib. 26 yaşlı futbolçu həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Mariam Matenin evlənmək təklifini qəbul edib.

Kvirkviya mövsümün əvvəlində “Kəpəz”ə keçib. O, Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button