“Kəpəz”in futbolçusu üçün əlamətdar tur

Azərbaycan Premyer Liqasının 13-cü turunda baş tutan “Kəpəz” – “Sabah” görüşü (2:2) Gəncə təmsilçisinin futbolçusu Orxan Əliyev üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu “sarı-göylər”in heyətində 50-ci çempionat matçına çıxıb.

Bu oyunlarda 6 qol vuran Əliyevin məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib. Hücumçu daha əvvəl “Neftçi” ilə görüşdə dubla imza atıb.

“Kəpəz” hazırda turnir cədvəlində 7 xalla 10-cu yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button