“Kəpəz”in futbolçusu məşqlərə başlayıb

“Kəpəz”in zədəsini sağaldan futbolçusu İlkin Qırtımov məşqlərə başlayıb.

Komanda.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bərpaedici xarakter daşıyan çalışmalar həkimlərin tövsiyələri əsasında məşqçilərin nəzarəti altında aparılır.

34 yaşlı müdafiəçi zal şəraitində yüngül hərəkətlərlə fitnes məşqləri keçir, meydanda müxtəlif məsafələrə qaçışla fiziki hazırlığını artırır.

Qırtımov noyabrın ikinci yarısında əməliyyat olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button