
“Kəpəz”in daha bir rəqibi bilindi
“Kəpəz”in yoxlama oyunları üçün daha bir rəqibi məlum olub.
Komanda.az xəbər verir ki, “sarı-göylər” “Şamaxı” ilə üz-üzə gələcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matç iyulun 26-da Qəbələdə keçiriləcək. Görüş saat 18:30-da start götürəcək.
“Kəpəz” bundan əvvəl sınaq matçında “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



