“Kəpəz”i bağışlamadılar
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Kəpəz” klubunun apelyasiya şikayətini təmin etməyib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin 23 sentyabr 2022-ci il tarixdə “Kəpəz” barəsində qəbul etdiyi 4000 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.
“Kəpəz” azarkeşlərinə görə ziyana düşüb. Belə ki, azarkeşlər Qəbələdə “Şamaxı” ilə görüşdə (2:1) hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlətdiyi üçün Gəncə təmsilçisi cərimələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin