“Kəpəz”dən darmadağın
Yeni mövsümə hazırlaşan “Kəpəz” bu gün sonuncu yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, “sarı-göylər” klubun məşq mərkəzində “Pelikan”la qarşılaşıblar.
Matç Gəncə təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə Kərim Lkuça və Əli Səmədov fərqlənib. Fasilədən sonra Lassana Ndiaye və Redon Mihana qol vurub.
“Kəpəz” bunadək 3 yoxlama oyunu keçirib. Adil Şükürovun komandası “Turan Tovuz”a 0:4, “Şamaxı”ya isə 1:2 hesabı ilə uduzub, “Əl-Yarmuk”a (Küveyt) 2:1 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin