
“Kəpəz”dən darmadağın
Çempionata hazırlığı davam etdirən “Kəpəz” bu gün yoxlama oyununda əvəzedicilərlə qarşılaşıb.
Komanda.az xəbər verir ki, Gəncə şəhər stadionunun yardımçı meydançasında reallaşan matç Azər Məmmədovun yetirmələrinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Elnur Cəfərov və Bəxtiyar Həsənalızadə vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin