
“Kəpəz”dən ayrılan futbolçu “Sumqayıt”da – Rəsmi
“Sumqayıt” klubu heyətinə qapıçı cəlb edib.
Komanda.az kluba istinadən xəbər verir ki, “kimyaçılar” son mövsümü “Kəpəz”də keçirmiş Orxan Sadıqlı ilə iki illik müqavilə imzalanıb.
Orxan Sadıqlı 2018/2019 mövsümündə “Sumqayıt”ın heyətində iki oyun keçirib. 30 yaşlı qolkiper karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” (hazırkı “Şamaxı”) və “Zirə”nin də uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin