“Kəpəz”də 3 yeni müqavilə

“Kəpəz” Gəncə futbol məktəbinin 3 yetirməsi ilə yeni müqavilə imzalayıb.

Komanda.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, əvəzedici heyətdə çıxış etmiş gənc futbolçular, müdafiəçilər Ümid Səmədov ilə Arzu Atakişiyev və hücumçu Cavad Kərimov daha 3 il “Kəpəz”də oynayacaq.

Klub rəhbərliyi və məşqçilər heyəti onların hər birinin potensialına inanaraq etimad göstərib. Uzunmüddətli müqavilələr ilə bu futbolçuların yaxın gələcəkdə komandanın əsas üzvlərinə çevriləcəyinə inam ifadə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button