
“Kəpəz” Türkiyə klubundan ayrılan futbolçu ilə müqavilə bağladı
“Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, Gəncə təmsilçisi Burkina Fasodan olan Adama Fofana ilə müqavilə imzalayıb.
O, azad agent kimi “sarı-göylər”ə keçib. 25 yaşlı cinah müdafiəçisi son olaraq Türkiyədə “Adanaspor”un formasını geyinib.
Adama Fofana Fransada “Dijon”, İsveçdə “Verberq”in uğurları üçün çalışb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



