“Kəpəz” “Sabah”ın futbolçusunu yenidən icarəyə götürdü
“Kəpəz” klubu “Sabah”ın futbolçusu Camal Cəfərovu yenidən icarəyə götürüb.
Komanda.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin icarə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
22 yaşlı futbolçu ötən mövsüm də “Kəpəz”də icarə əsasında oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin