“Kəpəz” rəsmisi Əhmədovun dediklərini təkzib etdi: “Maaşlar…”
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 28-ci turunun “Səbail”lə matçından sonra (1:0) mətbuat konfransında verdiyi açıqlamada son iki ayın maaşlarını almadıqlarını bildirib.
Məsələni dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Gəncə təmsilçisinin sözçüsü Komanda.az-a açıqlamasında xəbərin doğru olmadığını deyib:
“Hazırda klubumuz tərəfindən ənənəvi olaraq təqdim olunan maliyyə hesabatlarının yoxlanılma proseduru gedir. Klubda maaşların iki ay gecikməsi xəbəri doğru deyil. Bizdə məvaciblər hər ayın 15-dən verilir. Bu dəfə arada bayram günləri olduğu üçün bir az fasilə yarandı. Maliyyə hesabatları bütün klublarda var. Sadəcə, sponsoru olan klublarda bununla bağlı uzun ləngimələr olmur”.
“Kəpəz” hazırda Azərbaycan çempionatının turnir cədvəlində 25 xalla 7-ci pillədə qərarlaşıb.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin