“Kəpəz” rəhbərliyi Yaşar Vahabzadə ilə görüşdü
Premyer Liqadan sonra Birinci Divizionda da mübarizənin başlaması gündəmdədir.
Komanda.az xəbər verir ki, bunun üçün ilk növbədə komandalar məşqlərə start verməlidirlər. “Kəpəz” artıq bu istiqamətdə addımlar atmağa başlayıb.
Gəncə klubunun rəhbərliyi və əsas komandanın məşqçilər korpusu klubun ev oyunlarını keçirdiyi şəhər stadionunda bir araya gəlib. Əvvəlcə baş məşqçi Yaşar Vahabzadə və köməkçiləri ilə bir müddət öncə əldə olunan 1 illik razılaşma rəsmiləşdirilib. Xatırladaq ki, ötən çempionatda da komandanı məhz Vahabzadə çalışdırıb.
Yeni mövsümlə bağlı görüşdə gələcək planlar müzakirə olunub. Transfer çalışmaları, təlim-məşq toplanışının təşkili yönündə fikir mübadiləsi aparılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin